Valyuta məzənnəsi: $ 1.7 € 1.8082 ₽ 0.0181 ₺ 0.0522
AZ EN RU

Hadisələr

“Caspian Pipe Coatings” MMC 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında bürünc sponsor olmuşdur

30.05 - 31.05.2019

30-31 may tarixlərində “Bilgah Beach” otelində Xəzəryanı regionda energetika sektorunun nəhəng tədbiri sayılan 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı keçirilmişdir. Konfrans “Xəzər Neft və Qaz” sərgisinin tərkib hissəsidir və neft-qaz sektorunun rəhbərləri ilə yanaşı, bu sektor ilə əlaqədar olan müxtəlif sahələrin rəhbərləri üçün də əsas platformadır. Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Xəzər Neft və Qaz” konfransına dəstək göstərirlər. Konfransda dünyanın 30 ölkəsini təmsil edən 500 nəfərə yaxın nümayəndə iştirak etmişdir.

Konfransın baş tərəfdaşı – “SOCAR”, qızıl sponsorlar – “BP”, “Equinor Azerbaijan”, “Gazprombank”, “Petronas Azerbaijan”, gümüş sponsor – “INPEX Corporation”, bürünc sponsorlar- “Caspian Pipe Coatings” və digər yerli və xarici müəssisələr olmuşdur.

Konfransda CPC-ni nümayəndə olaraq:
Azər N. İsayev, Direktor;
Rasim Mustafayev, Direktorun birinci müavini;
Anar Məmmədov, Maliyyə və kommersiya məsələləri üzrə direktor müavini;
İlham Zeynalov, Sahə əməliyyatları üzrə menecer;
Adil Qurbanov, İT üzrə menecer/korporativ əlaqələr üzrə koordinator;
Vüsal Zeynalov, Keyfiyyətə nəzarət üzrə koordinator;
Cəmilə Kərimova, İnzibatı İşlər və marketinq üzrə koordinator;
Zeynalabdi Hüseynov, Mexaniki işlər üzrə aparıcı briqadir;
Nərminə İbrahimova, Ofis köməkçisi təmsil edirdilər.
Konfransın təşkilatçısı ITECA Caspian tərəfindən CPC-yə sponsorluq və iştirak üçün minnətdarlıq sertifikatı təqdim edilmişdir.

Qalereya