Valyuta məzənnəsi: $ 1.7 € 1.8082 ₽ 0.0181 ₺ 0.0522
AZ EN RU

Hadisələr

Müəssisə kollektivi, Yeni İl ərəfəsində xeyriyyə tədbiri həyata keçirdi

29.11.2018

29 noyabr 2018-ci il tarixində “Caspian Pipe Coatings” MMC-nin kollektivi, Yeni İl ərəfəsində xeyriyyə tədbiri həyata keçirdi.

CPC-nin nümayəndələri Bakı şəhəri, Sahil qəsəbəsində yerləşən Azərbaycan Respublikası "Müşviq" Əlil Uşaqlara Yardım İctimai Birliyi, Bərpa və Sosioloji Mərkəzinin rəhbəri ilə mütəmadi olaraq əlaqə saxlayırlar. "Müşviq" mərkəzinin rəhbəri ilə sonuncu telefon danışığından sonra mərkəzin 1 ədəd televizora ehtiyacı olduğu məlum oldu. CPC kollektivi tərəfindən yığılan vəsait mərkəzin zəruri tələbatını qarşıladı və mərkəzə yardım məqsədli və uşaqların inkişafı üçün əhəmiyyətli olan məişət ləvazimatı alındı. Bu təşkilat 18 ildən artıq fəaliyyət göstərərək fiziki və əqli cəhətdən inkişafda anomaliyaları olan yüzlərlə uşaqlara və yeniyetmələrə yardım göstərir. Hal hazırda mərkəz 35 uşağın inkişafı üçün reabilitasiya xidməti göstərmə potensialına qadirdir. CPC nümayəndələri mərkəzə baş çəkərək orada inkişaf etdirilən əlil uşaqlarla səmimi görüş keçirdilər.

"Müşviq" Təşkilatının rəhbər müavini Anarə Məmmədzadə təşkilatın bütün işçiləri adından bu xeyriyyə tədbirində könüllü olaraq bütün səmimiyyətilə iştirak edən CPC nümayəndələrinə öz dərin təşəkkürünü bildirdi.