Hadisələr
SOCAR-ın Baş ofisində Neftçilər Günü qeyd olunub
20.09.2017
Sentyabrın 20-də SOCAR-ın Baş ofisində neft-qaz və neft-kimya sənayesi işçilərinin peşə bayramı, Neftçilər Günü münasibəti ilə təntənəli tədbir keçirilmişdir. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “BP”nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, eləcə də hər iki şirkətin rəhbər şəxsləri, qabaqcıl neftçilər iştirak etmişlər. Əvvəlcə SOCAR-ın fəaliyyətinə və əldə etdiyi uğurlara həsr olunmuş videoçarx nümayiş etdirilmişdir. Tədbirin rəsmi hissəsini giriş nitqi ilə açan SOCAR-ın prezidenti Rövnəq Abdullayev bütün neftçiləri peşə bayramı günü münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışdır.
Tədbir çərçivəsində 2016-cı ilin yekunlarına görə “İlin ən yaxşısı” nominasiyası üzrə qalib olan, eləcə də SOCAR-ın Fəxri fərmanı ilə təltif edilən qabaqcıl neftçilərə mükafatlar təqdim edilmişdir. Bu il müəssisəmizdən Fəxri fərmanı ilə təltif edilən Mexaniki işlər üzrə nəzarətçi – Namiq Şərifzadə oldu.