Valyuta məzənnəsi: $ 1.7 € 1.8516 ₽ 0.0178 ₺ 0.0496
AZ EN RU

Hadisələr

“Caspian Pipe Coatings” MMC Milli Azərbaycan Tarix Muzeyini, Azərbaycan Milli İncəsənət Muzeyini və Xalça Muzeyini ziyarət etdi

06.06.2015

6 iyun 2015 tarixində “Caspian Pipe Coatings” MMC (CPC)-nin rəhbərliyi və əməkdaşları Bredero Shaw şirkətinin nümayəndələri ilə birlikdə Milli Azərbaycan Tarixi Muzeyini, Azərbaycan Milli İncəsənət Muzeyini və Xalça Muzeyini ziyarət etdilər. 6 saat davam edən ziyarətdə, CPC-nin direktoru Azər N. İsayev və Bredero Shaw şirkətinin Bakı nümayəndəliyinin direktoru cənab Mark Teylorun iştirak etdiyi qrup ilk olaraq Milli Azərbaycan Tarixi Muzeyinə baş çəkdi. CPC-nin ziyarətçi qrupu burada Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirən və onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyinin 9 otaqdan ibarət ekspozisiyası ilə yaxından tanış oldular.

Muzeydə geniş arxiv məlumat və materiallarından ibarət həm Azərbaycan həm də ingilis dillərində təqdim olunan ekspozisiyada CPC-nin ziyarətçi qrupu Azərbaycanın tarixi barədə dolğun məlumat aldı. Hər bir ekspozisiya zalı Daş dövründən başalayaraq yeni tarixlə bitən Azərbaycan tarixinin müxtəlif dövrlərini, əks etdirirdi. Qeyd etmək lazımdır ki, Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycanda ən böyük ekspozisiyaya və eksponatlara malikdir.

Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etdikdən sonra qrup köhnə qalada qısa gəzinti etdi və növbəti ziyarət yeri Azərbaycan Milli İncəsənət Muzeyi oldu.

Heykəltəraşlıq, rəngkarlıq, qrafik əsərlər və başqa incə dekorativ-tətbiqi sənət nümunələri və miniatürlərini özünə daxil edən, Qərbi Avropa (Fransa, Almaniya, Avstriya, İtaliya, Yunanıstan), Şərq və Rus incəsənət toplusunda saxlanılan müxtəlif xalqların sənət tarixinin əks olunduğu incəsənət kompozisiyaları CPC-nin ziyarətçi qrupunda böyük maraq hissi doğurdu.

Nahar yeməyinin ardınca, CPC və Bredero Shaw əməkdaşlarından ibarət qrup Azərbaycan bulvarda yerləşən Xalça Muzeyini ziyarət etdi. Muzeydə şirkətin əməkdaşları 15 mindən çox eksponatdan ibarət geniş və nadir xalça kolleksiyanın mühafizə olunduğu ekspozisiyanı gəzdilər və sərgilənən xalçalar arasında XVII, XVIII, XIX və XX əsrlərdə toxunan dünya şöhrətli kompozisiyalarla yaxından tanış oldular.

Qeyd etmək lazımdir ki, bütün muzey ziyarətləri çoxlu maraqlı məlumat alma imkanı yaradan və maraqlı suallara cavab verən peşəkar ekskursiya rəhbərləri tərəfindən müşayiət olundu.
Tədbir CPC-nin İnzibati və təsərrüfat işlər şöbəsi tərəfindən təşkil olunmuşdu.
Sonda, CPC və Bredero Shaw şirkətinin əməkdaşları ilə birgə xatirə şəkli çəkildi.