Valyuta məzənnəsi: $ 1.7 € 1.832 ₽ 0.0184 ₺ 0.0524
AZ EN RU

Hadisələr

“Caspian Pipe Coatings” MMC şirkətinin əməkdaşları Bredero Shaw şirkətinin BƏƏ-də yerləşən zavoduna səfər etdilər

06.01.2015

5-11 oktyabr, 29 oktyabr – 01 noyabr və 19-24 dekabr 2014-cü il tarixlərində “Caspian Pipe Coatings” MMC (CPC) şirkətinin əməkdaşlarından ibarət 3 qrup Bredero Shaw şirkətinin dəvəti ilə bu şirkətin Birləşmiş Ərəb Əmirliklərinin Ras əl-Hayma şəhərində yerləşən boru örtükləmə zavoduna səfər etmişlər. Səfərin məqsədi Bredero Shaw şirkətinin boru örtükləmə zavodunda tətbiq olunan istehsalat sistemi ilə tanış olmaq, CPC əməkdaşlarının peşə hazırlıqlarını daha da artırmaq və CPC və Bredero Shaw şirkətinin rəhbərliyi arasında ikitərəfli əlaqələri möhkəmləndirməkdən ibarət idi.

Səfər zamanı CPC əməkdaşlarına Bredero Shaw şirkətinin zavodunda mövcud olan istehsalat potensialı, icra olunan layihələr, idarəetmə sistemi və boru emalı prosesi haqqında məlumat verildi. Onlar müxtəlif boruların saxlandığı yerə baş çəkdilər və boru izləmə sistemi ofisində istehsalat və sınaq hesabatlarını nəzərdən keçirdilər. Bununla yanaşı, CPC nümayəndələri zavodun Keyfiyyətə Nəzarət/Keyfiyyətə Zəmanət laboratoriyasında olmuş əməkdaşlarımız orada keçirilən sınaqları müşahidə etdilər, sınaq üsulları ilə yaxından tanış oldular və istehsalatın müxtəlif mərhələlərində həyata keçirilən keyfiyyətə nəzarət prosesini izlədilər. CPC əməkdaşları həmçinin, daşınan sınaq cihazlarına və beton nümunələrinə baxış keçirdilər.

CPC əməkdaşları zavodda tətbiq olunan əməyin təhlükəsizliyi sistemini nəzərdən keçirdilər. Onlar istehsalat və SƏTƏMM (sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi) heyəti tərəfindən yaxşı nəzarət edilən və davamlı surətdə müşahidə olunan sahədə oldular. Əməyin təhlükəsizliyinin idarə edilməsi sistemi və SƏTƏMM heyətinin nəzarət və müşahidə etdiyi sənədləşmə ilə yaxından tanış olmaq məqsədilə, əməkdaşlarımız şirkətin SƏTƏMM ofisinə getdilər. Toplantı, izləmə və yoxlama məqsədilə istifadə edilən çox sayda lövhələrə baxış keçirildi.

Səfər çərçivəsində CPC nümayəndələri həmçinin, Bredero Shaw şirkətinin Dubaydakı ofisində bir çox görüşlər keçirmiş və şirkətin fəaliyyət prinsipləri ilə yaxından tanış olmuşlar.

CPC şirkətinin Direktoru cənab Azər N. İsayev Bredero Shaw şirkətinin bu təşəbbüsünü yüksək qiymətləndirdi və bəyan etdi ki, bu cür səfərlər CPC ilə Bredero Shaw arasında təcrübə mübadiləsinin güclənməsi ilə nəticələnəcək, əldə edilmiş təcrübənin CPC şirkətində tətbiqinə şərait yaradacaq, CPC şirkətində mövcud olan imkanların sifarişçi qismində çıxış edən Bredero Shaw şirkətinin tələblərinə uyğun səfərbər edilməsinə və layihənin ən yüksək səviyyədə yerinə yetirilməsinə töhfə verəcəkdir.

Qalereya