Valyuta məzənnəsi: $ 1.7 € 1.8043 ₽ 0.0181 ₺ 0.0524
AZ EN RU

Xəbərlər

2018 – 2021 illər üzrə icra olunan layihələr

CPC-nin 2018 – 2021 illər üzrə icra etdiyi layihələr:


Hazırda CPC layihələrinin idarəetməsi üzrə mütəxəssis heyəti tərəfindən perspektiv layihələrin CPC-də icrası istiqamətində BP, ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti), Total və ÜBƏŞ (Ümid Babək Əməliyyat Şirkəti) şirkətləri ilə işgüzar danışıqların nəticəsi olaraq, CPC-də boru örtükləmə layihələrinin cari statusu aşağıdakılardır:

1. Abşeron Layihəsi

Status: 2018-ci il 6 avqust tarixində SOCAR və Total şirkətinin sifarişi ilə “Abşeron” qaz-kondensat yatağının işlənməsi və nəqli Layihəsi çərçivəsində qaz boru xəttinin tikintisi zamanı istifadə olunacaq borulara korroziya əleyhinə 3 LPP texnologiyası tətbiq edilərək CPC-də örtüklənməsi üçün CPC və Saipem/BOS Shelf / Star Gulf  Konsorsiumu arasında ümumi uzunluğu 22,601.90 metr olan boruların 3 qat polipropilenlə örtüklənməsi üzrə iş həcminin icrası haqqında Müqavilə imzalanmışdır. CPC, Layihə çərçivəsində boruların 3 qat polipropilenlə örtüklənməsi və BOS-Şelf LLC ərazisinə daşınması işlərini Layihə tələblərinə uyğun olaraq 2019-cu il iyul ayında yüksək keyfiyyətlə başa çatdırmışdır.

2. CPC Zavodunun MLPP Texnologiyası ilə Təkmilləşdirilməsi Layihəsi

Status: Layihə çərçivəsində yeni avadanlıqların alınaraq CPC-də quraşdırılması işləri uğurla tamamlanmışdır. CPC Zavodunun MLPP örtükləmə texnologiyası üzrə ixtisaslaşdırılması prosesinin tətbiq edilməsi BOS Shelf / Saipem / Star Gulf Konsorsiumu ilə razılaşdırılmış və bu istiqamətdə işlər 2021-ci il ərzində həyata keçiriləcəkdir.

3. CGLP (Təbii Qazın Qaldırılması) Layihəsi

Status: BP-nin sifarişi ilə CGLP Layihəsi çərçivəsində aparılan məhsuldar danışıqlar nəticəsində boruların qəbulu üzrə iş həcmi uğurla həyata keçirilmiş və Layihənin aktiv fazasına 2019-cu ilin sentyabr ayında start  verilmişdir. Ümumi uzunluğu 13,2 km olan 6" diametrli boruların qəbulu, korroziya əleyhinə 3LPE örtüklənməsi, və yük maşınları vasitəsilə göndərilməsi proseslərinin həyata keçirilməsinə dair Əsas Müqavilə 8 oktyabr 2019-cu il tarixində imzalanmışdır. Layihənin korroziya əleyhinə örtüklənmə iş həcmi çərçivəsində istehsal prosesi həyata keçirilmiş və örtüklənmiş boruların son partiyası 2020-ci ilin yanvar ayının sonunda yola salınaraq Layihə uğurla başa çatmışdır.

4. ACE (Azəri Mərkəzi Şərqi) Layihəsi 

Status: BP-nin sifarişi ilə ACE Layihəsi çərçivəsində ümumi uzunluğu 20,2 km olan 16", 18", 22" və 30" diametrli boruların korroziya əleyhinə 3LPE izolyasiyası və boruların 14.3 km hissəsinin betonla örtüklənməsi iş həcminin  icrası ilə bağlı aparılan danışıqlar uğurla nəticələnərək, ACE Layihəsinin icrasına dair Əsas Müqavilə 11 oktyabr 2019-cu il tarixində imzalanmışdır. İstehsalat prosesinin aktiv fazasına 2019-cu ilin oktyabr ayında start verilmişdir. Layihə üzrə boruların korroziya əleyhinə izolyasiya və betonla örtüklənməsi iş həcmi istehsalat qrafikinə uyğun olaraq həyata keçirilmişdir. Boruların dənizdə quraşdırılması əməliyyatı təxirə salındığından BP və CPC arasında örtüklənmiş boruların saxlanılmasına dair əlavə müqavilə imzalanmışdır. ACE Layihəsi daxilində örtüklənmiş boruların 2021-ci ilin dekabr ayından etibarən yola salınaraq dənizdə quraşdırılması nəzərdə tutulur və bu müddət ərzində CPC imzalanmış müqaviləyə uyğun olaraq boruların saxlanması, yoxlanılması və qorunması üçün tələb olunan lazımi xidmətləri təmin edəcəkdir. 

5. Ümid-Babək Layihəsi

Status: Umid-Babək Əməliyyat Şirkətinin sifarişi ilə (UBOC) Ümid-Babək Layihəsi çərçivəsində 59.5  km 20'' diametrli boruların 3LPP və beton örtüklənməsi iş həcmi üzrə aparılan danışıqlar uğurla nəticələnərək, Umid-Babək Layihəsinin icrasına dair Əsas Müqavilə 30 iyun 2020-ci il tarixində imzalanmışdır. Layihənin ilkin mərhələsi olaraq boruların qəbulu üzrə iş həcmi uğurla həyata keçirilmiş və Layihənin aktiv fazasına 2020-ci il iyul ayının birinci yarısında start  verilmişdir. Hal-hazırda boruların korroziya əleyhinə izolyasiyası üzrə iş həcmi tamamlanmış və betonla örtüklənmə prosesi Layihə Qrafikinə uyğun olaraq davam etdirilir.