Valyuta məzənnəsi: $ 1.7 € 1.9632 ₽ 0.023552 ₺ 0.0368
AZ EN RU

Xəbərlər

Sumitomo Korporasiyası nümayəndələrinin CPC -yə səfəri

15.04.2026-cı il tarixində Sumitomo Korporasiyasının nümayəndələri, Anthony Walker və James Phillips, CPC-nin hazırda iştirak etdiyi tender prosesi çərçivəsində nəzərdə tutulan iş həcmi üzrə texniki və istehsalat imkanlarını qiymətləndirmək məqsədilə müəssisəmizə səfər etmişdirlər.

Səfər zamanı zavodun mövcud texniki vəziyyəti, istehsal xətləri, keyfiyyətə nəzarət mexanizmləri, laboratoriya imkanları və müxtəlif örtükləmə növləri üzrə əməliyyat hazırlığı barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda tender çərçivəsində nəzərdə tutulan potensial iş həcminə uyğun olaraq CPC-nin antikorroziya, beton və MLPP örtük işlərini icra etmək imkanları müzakirə olunmuşdur.

Görüşün əsas məqsədi Sumitomo Korporasiyası tərəfindən tender layihəsi üzrə boruların təchizatı ilə bağlı prosesdə CPC-nin istehsalat və texniki imkanlarının yerində qiymətləndirilməsi olmuşdur. Aparılmış texniki müzakirələrin və zavod səfərinin nəticəsi olaraq, Sumitomo Korporasiyası tender prosesi çərçivəsində CPC ilə əməkdaşlığın davam etdirilməsi və qeyd olunan örtükləmə işlərinin CPC zavodunda icra olunması imkanını müsbət qiymətləndirmişdir.

Bu səfər, CPC-nin müəyyən müddət fəaliyyət fasiləsində olmasına baxmayaraq, zavodun qısa müddətdə işə hazırlıq vəziyyətinə gətirilməsi, istehsal proseslərinin bərpa olunması və beynəlxalq tərəfdaşların texniki tələblərinə cavab verə biləcək səviyyədə əməliyyat hazırlığının təmin edilməsi baxımından mühüm göstərici olmuşdur.

Görüş məhsuldar keçmiş, tərəflər arasında dəyərli texniki fikir mübadiləsi aparılmış və tender çərçivəsində nəzərdə tutulan xüsusi texniki tələblər üzrə qarşılıqlı anlaşma əldə olunmuşdur.