Xəbərlər
“Neft Daşları–Çilov–Şah Dili” Sualtı Boru Kəməri Layihəsinin Uğurlu İcrası
25 fevral 2026-cı il tarixində SOCAR-ın birgə müəssisəsi olan “Caspian Pipe Coatings” MMC (CPC) və “Azneft” İstehsalat Birliyi arasında bağlanmış müqaviləyə əsasən, “Neft Daşları–Çilov–Şah Dili” sualtı boru kəməri layihəsi çərçivəsində boruların beton örtüklənməsi və əlaqəli əməliyyatlar həyata keçirilir.
Layihə çərçivəsində 20 düym diametrli, ümumi uzunluğu 26 000 metr olan borular beton örtüklə örtüklənmişdir. 3 iyun 2026-cı il tarixində başlayan istehsalat prosesi 43 gün ərzində uğurla tamamlanaraq 16 iyul 2026-cı il tarixində başa çatdırılmışdır.
Hazırda layihə çərçivəsində örtüklənmiş boruların dəniz nəqliyyatına yüklənməsi və göndərilməsi (load-out) əməliyyatları davam etdirilir.
Layihənin uğurla icrasına öz töhfəsini verən və prosesin müxtəlif mərhələlərində iştirak edən bütün əməkdaşlara təşəkkür edirik.